Fərdi məlumatların və məxfiliyin qorunması ilə əlaqədar bəyənnamə
İstifadəçi elektron alqı-satqının həyata keçirildiyi internet resursuna və ya mobil tətbiqetməyə daxil olarkən qeydiyyatdan keçmək üçün müəyyən məlumatları qeyd etməlidir. Bura həmçinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş fərdi məlumatlar da daxildir.
İstifadəçi elektron alqı-satqının həyata keçirildiyi sayt və ya mobil tətbiqetmədə qeydiyyatdan keçərkən və ya ondan istifadə edərkən aşağıda qeyd olunan fərdi məlumatları internet resursuna daxil edir:
- ad, poçt və e-poçt ünvanları, telefon nömrəsi, doğum tarixini və digər əlaqə məlumatları kimi fərdi məlumatlar;
- istifadəçinin qeydiyyatda olduğu, yaşadığı o cümlədən sifariş verdiyi ünvanlar barədə məlumatlar;
- aldıqları məhsullar, onların qiymətləri, ödənişin həyata keçirildiyi bank kartının rekvizitləri barədə məlumatlar;
- sifariş verərkən satıcıya ötürülmüş İstifadəçinin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən digər məlumat.
İstifadəçi sayt və ya mobil tətbiqetmədən qeydiyyatdan keçdikdə və ya onlardan istifadə etdikdə, onun barədə aşağıda qeyd olunan məlumatlar da ötürülə bilər:
- internet protokol (IP) ünvanı;
- onlayn xidmətlərə daxil olduğu tarix və vaxt;
- onlayn xidmətlərdən istifadə edərkən saxlanılan faylın adı və URL ünvanı;
- kompüter və ya mobil cihazın əməliyyat sistemi və brauzer növü;
- mobil cihazın növü və onun parametrləri;
- mobil cihaz üçün unikal cihaz identifikatoru (UDID) və ya mobil avadanlıq identifikatoru (MEID);
- cihaz və komponentlərin seriya nömrələri;
- reklam identifikatorları (məsələn, IDFA və IFA) və ya oxşar identifikatorlar;
- yönləndirən vebsayt (hazırkı sayta yönləndirən sayt) və ya tətbiqetmə;
- saytda və ya mobil tətbiqetmələrdə ziyarət edilmiş səhifələr kimi onlayn xidmətlərdən necə istifadə etməsi ilə bağlı fəaliyyət.
Sayt və mobil tətbiqetmənin mülkiyyətçisi İstifadəçiyə məxsus olan fərdi məlumatların və digər məlumatların kütləvi informasiya vasitələri, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla üçüncü şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılmaması üçün tədbirlər görür. Sayt və mobil tətbiqetmənin mülkiyyətçisi İstifadəçiyə məxsus olan fərdi məlumatların və digər məlumatların satılmaması barədə öhdəlik götürür.
Sayt və mobil tətbiqetmənin mülkiyyətçisi İstifadəçiyə məxsus olan fərdi məlumatların ve digər məlumatlardan aşağıda qeyd olunan məqsədlər üçün istifadə edə bilər:
- İstifadəçinin sifarişlərini qəbul etdirmək, onları çatdırmaq məqsədilə;
- İstifadəçinin sifarişləri üçün ödənişləri hesablamaq və onların qəbul edilməsi məqsədilə;
- İstifadəçinin sayt və mobil tətbigetməyə daxil olması ve ondan istifadə etməsi üçün şəraitin yaradılması məqsədilə;
- İstifadəçinin endirimlər, kampaniyalar və bu qəbildən olan digər məlumatlarla tanış edilməsi məqsədilə;
- Xidmətlərin, o cümlədən, malların qiymətləndirilməsi ilə əlaqədar İstifadəçinin fikrini öyrənmək məqsədilə;
- Sayt və mobil tətbiqetmənin mülkiyyətçisinin işçisinin qiymətləndirilməsi ilə əlaqədar İstifadəçinin fikrini öyrənmək məqsədilə;
- O cümlədən "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununda fərdi məlumatların yayılması hesab edilməyən digər məqsədlər üçün.
Bu bəyannəməni imzalamaqla İstifadəçi sayt və mobil tətbiqetmənin mülkiyyətçisinin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən kommersiya xarakterli məlumatların qorunması, o cümlədən, onu yaymaması barədə öhdəlik götürür.
Sayt və mobil tətbiqetmənin mülkiyyətçisi İstifadəçiyə məxsus olan fərdi məlumatların yayılmasına, İstifadəçi isə sayt və mobil tətbiqetmənin mülkiyyətçisinin kommersiya xarakterli məlumatlarının yayılması nəticəsində vurduğu zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
1. ÖDƏNİŞ ÜSULLARI
- 1.1 İstifadəçi Platforma üzərindən sifariş verdiyi məhsulun dəyərini və çatdırılma xərcini təklif olunan ödəniş üsullarından ( nağd və ya kart) birini seçərək ödəyə bilər.
- 1.2 İstifadəçi nağd ödəniş üsulu seçərkən məhsulun dəyərini və çatdırılma xərcini birbaşa Kuryerə ödəyir.
- 1.3 İstifadəçi kart ödəniş üsulu seçərkən məhsulun dəyərini və çatdırılma xərcini bank kartları vasitəsilə (Master, Visa və s.) Platformaya ödəyir. Kart məlumatları heç bir halda Platformanın bazasında saxlanılmır.
2. MƏHSULLARIN ÇATDIRILMASI
- 2.1 Məhsulların çatdırılması İstifadəçinin Platformada sifariş zamanı qeyd etdiyi ünvana Kuryer vasitəsilə çatdılır.
- 2.2 İstifadəçi Platformada sifariş zamanı qeyd etdiyi ünvanda olmazsa, sifariş başqa ünvana çatdırılmayacaq. İstifadəçi həmin sifarişin fərqli ünvana çatdırılmasını tələb etdiyi halda əlavə ödənişlə çatdırıla bilər.
3. SİFARİŞİN LƏĞV EDİLMƏSİ
- 3.1 Platformada İstifadəçi tərəfindən verilən sifarişlər və onların statuslarına “Sifarişlərim”(aktiv və öncəki sifarişlər) bölməsindən baxmaq mümkündür.
- 3.2 Satıcı tərəfindən qəbul olunan, lakin hazırlanılmağa başlanılmamış sifarişlər İstifadəçi tərəfindən ləğv olunmasına ehtiyac yaranarsa, bu zaman İstifadəçi Satıcının Platformada qeyd etdiyi əlaqə nömrəsinə zəng edərək sifarişin ləğvi barəsində Satıcıya məlumat verməlidir.
- 3.3 Sifariş Satıcı tərəfindən hazırlanma mərhələsində və ya Kuryer tərəfindən çatdırılma mərhələsində olarsa, Tərəflərin sifarişdən imtina hüququ yoxdur.
4. MƏHSULLARIN GERİ QAYTARlLMASI VƏ DƏYİŞDİRİLMƏSİ
- 4.1 Platformadan sifariş edilən Məhsulları, İstifadəçi təhvil aldığı zaman yalnız aşağıdakı hallarla rastlaşdığı təqdirdə dəyişdirmək və ya geri qaytarmaq hüququna malikdir: - Sifariş edilən məhsul çatdırılan məhsulla eynilik təşkil etmədiyi halda; - Məhsul ciddi xarici və daxili deformasiyaya məruz qaldığı halda.
- 4.2 Sifariş dəyəri kartla ödənilərsə və 1.2 bəndinə əsasən sifarişdən imtina olunarsa, ödənilən məbləğ İstifadəçinin kart hesabına 12 iş günü ərzində qaytarılır.
- 4.3 Platformadan sifariş edilən Məhsullar İstifadəçi tərəfindən təhvil alındıqdan sonra geri qaytarılmır və dəyişdirilmir.
Ozio Market | Kampaniya
Ozio Market kampaniyalarında Siqaret məhsulları məbləği toplam sifariş məbləğinə şamil olunmur.
Ozio Plus | Keşbek kartı
- Siqaret, Şəkər tozu, Spirtli içki, Enerji içki məhsullarına keşbek şamil olunmur.
- Yumurta, banan məhsullarına kampaniyalardan asılı olmayaraq hər zaman standart keşbek faizi (1,5 faiz) şamil olunur.
- İstifadəçilərin “Ozio plus” balansında olan bonuslar 6 ay (altı ay) ərzində istifadə edilmədikdə, sistem tərəfindən avtomatik olaraq sıfırlanacaqdır.
Ozio 10-lar
- Alış-veriş səbətində mövcud olan siqaret, spirtli içki, enerji içki məhsulların məbləği endirim kartlarında nəzərə alınmır , yumurta, şəkər tozu , banan məhsulların məbləği endirim kartlarında 40% nəzərə alınır.
- Endirim kartlarından istifadə 1 günlə və gün ərzində 1 dəfəylə limitlidir. Belə ki, istifadəçinin gün ərzindəki alış-veriş sayından və məbləğindən asılı olmayaraq, endirim kartında sadəcə 1 addım qeyd edilir.
- Endirim kartları üzrə əldə edilən həddiyyə kuponları ay ərzində istifadə edilməlidir. Çünki hər növbəti aya keçid zamanı kart üzrə gedişlər, hədiyyə kuponları sıfırlanmaqdadır.